Məktəbəqədər uşaqların özünə qulluq bacarıqları təliminin məqsədi uşaqlara heç kimdən asılı olmadan şəxsi baxım, təmizlik, geyinmə və soyunma işlərini təkbaşına həyata keçirmələrini təmin etməkdir. Müstəqil yaşamağın şərti olaraq hər bir fərd hamam, tualet, təmizlik kimi əsas ehtiyaclarını təkbaşına yerinə yetirməyi öyrənməlidir. Erkən yaşda əldə edilən özünə qulluq bacarıqları insanın bütün həyatına təsir edir. Bağçamızda bu bacarıqları peşəkar müəllim, tərbiyəçi müəllim, həkim və dayələrin nəzarətində uşaqlara qazandırmağa çalışırıq. Uşaqlara öyrədilməsi vacib olan təmizlik və baxım nüansları aşağıdakılardır:
- Əl və dırnaqlara qulluq - təmizlik
- Diş sağlamlığı və qayğısı
- Bədənə qulluq və təmizlik
- Burun və qulaqların təmizlənməsi
- Saçların təmizliyi və baxımı
- Ayaqların təmizliyi və baxımı
- Tualet, hamam vərdişləri və təmizlik
Balabilgə uşaq bağçasında uşaqlarımız rutin olaraq həkim tərəfindən yoxlanır. Köməkçi müəllimlərlə birlikdə qeydlər edilir, ehtiyac yarandığı təqdirdə müdaxilələr edilir. Həmçinin uşaqların həftəlik saç, dırnaq və.s təmizliyi həkim nəzarətində həyata keçirilir. Artıq bütün bu xidmətlər, peşəkar nəzarət və həyata keçirliməsi Balabilgə uşaq bağçası sayəsində sizlər üçün əlçatandır.