Balabilgələrin bağçaya qəbulu üçün müəssisə müdirinin adına bu sənədlər tələb olunur.
- Valideyn və digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd tələb olunur.
- Balabilgə haqqında valideynin doldurduğu anket
- Doğum haqqında şəhadətnamənin surəti
- 3x4 2ədəd fotoşəkil
- Sağlamlıq haqqında tibbi arayış
Balabilgə uşaq bağçasına müraciət edən valideyn bağça koordinatorunun müşayiəti ilə bağça mühiti ilə tanış olur. Belə ki, koordinator bağçada balabilgənin yuxu rejimi, qida rejimi, gün ərzində keçirilən məşğələlər haqqında məlumat verir. Balabilgənin bağça mühitinə alışması üçün 1 günlük müəllim tərəfindən müşahidə aparılır. Günün sonunda valideynə balabilgə haqqında ilkin təssüratlar bildirilir.
Müsahibə
- Bağçamıza qəbul olunan balabilgədən psixoloq və müəllimin iştirakı ilə müsahibə aparılır.
- Yaş səviyyəsinə uyğun fiziki və əqli bacarıqları yoxlanılır.
- Sosial psixoloji durumu müəyyənləşdirilir.
- Diqqət və qavrama səviyyəsini müəyyənləşdirən test çalışmaları aparılır.
- Kiçik və böyük motorikanın inkişaf səviyyəsini müəyyənləşdirən didaktik oyunlar keçirilir.
Bütün bu yoxlamalar sonunda balabilgənin baxçaya qəbul edilib edilmədiyi valideyinə bildirilir.