Axtarış

Bilgə azərbaycanlı kimdir?

Fev 06 / 2025
Bilgə azərbaycanlı kimdir?

Balabilgəlik dönəmi isə yetişdirməyi hədəflədiyimiz Bilgə azərbaycanlının bilgi, bacarıq qazanmaqla, öyrənməklə, ətraf mühitlə, bağçayla ilkin tanış olma dönəmidir.
Bizim hədəfimiz isə Bilgə azərbaycanlı yetişdirməkdir. Bəs Bilgə azərbaycanlı kimdir?
• Milli duyğularını itirmədən insanlığı sevən və bəşəri dəyərlərə açıq olan.
• Azad düşünən və düşündüyünü etik qaydalarla və sərrast ifadə edən.
• Təbiətə dəyər verən, sevgisiylə onu qoruyan.
• Biliyi əldə etməyin və bacarığa yiyələnməyin yolunu bilən.
• Əldə etdiyi bilgi və bacarığı istifadə və tətbiq edən.
• Xəyallarını gerçəkləşdirmək arzusundan vaz keçməyən.
• İnsanın yaratmaq bacarığının sərhədsiz olduğuna inanan.
• El-obasını və dünyanı sevib ona sahib çıxmağı bacaran.
Azadlıq korpusu məktəbəhazırlıq bölməsinin balabilgələri ilə birlikdə dahi bəstəkar Qara Qarayevin 5 fevral doğum gününə həsr olunmuş videoçarx hazırladıq.  Videoçarxda Nizami Gəncəvinin ölməz “Yeddi Gözəl” poemasına əsaslanaraq Qara Qarayevin bəstələdiyi “Yeddi Gözəl” baletini canlandırdıq.

Baletdə müəyyən dəyişikliklər edərək onu müasir dövrə uyğunlaşdırmağa çalışdıq. Orijinal süjet xəttində fərqli xalqlardan olan gözəllərin rəqsləri Azərbaycan musiqisinin ahəngində olsa da, Azərbaycan gözəli yox idi. Bu səbəbdən biz Azərbaycan gözəlini və onun rəqsini əlavə etdik. 

Bu dəyişiklik tarixi zərurətdən irəli gəlir. Çünki Nizami Gəncəvinin yaşadığı dövr orta əsrlər tarixidir və Azərbaycan ərazisində məşhur Atabəylər dövlətinin hakimiyyəti olub. Aradan yüz illər ötüb və bu gün müstəqil Azərbaycan Respublikası var. Bu gün biz müstəqil Azərbaycanın azad vətəndaşları kimi öz musiqimizi, mədəniyyətimizi yaşatmaq və təqdim etmək borcunu hiss edirik. Qara Qarayevin musiqisi dünya incəsənət xəzinəsində xüsusi yer tutur və biz onun irsini yeni baxışla canlandırmaqdan qürur duyuruq. Dahi bəstəkarımız Qara Qarayevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq