Axtarış

STEAM əsaslı, toxunaraq öyrənməni dəstəkləyən təhsil.

STEAM əsaslı, toxunaraq öyrənməni dəstəkləyən təhsil.

Gündəlik məşğuliyyətlər:

Konseptə uyğun olaraq, məktəbəqədər qruplarında (5-6 yaş) dərslər 40 dəqiqə, zənglər isə iki böyük 15, 10 dəqiqəlik zənglər olmaqla, digər ara zənglər 5 dəqiqəlikdir. Orta və kiçik yaş qruplarında isə məşğələlər 20-25 dəq davam edir. Bağçada dərslər 8:30-da başlayıb, 17:00-da bitir. Balabilgələr saat 08:00-dan etibarən gəlməyə başlayırlar və köməkçi müəllimlər, tərbiyəçilər tərəfindən girişdə qarşılanırlar. 17:00-18:00 aralığında valideynlər övladlarını götürürlər. Ümumilikdə həftədə 50 saat məktəbdə olan balabilgələr, bu müddətdəki dərslərin çox hissəsini dərsdənkənar məşğələ, əyləncə, dərnək və klublarda keçirirlər.
Balabilgələrə gündə iki dəfə, bir səhər, bir də yuxudan sonra qəlyanaltı, bir dəfə isə nahar verilir. Bütün yaş qrupları üzrə balabilgələr hər gün 2 dəfə açıq havada olur, oyunlar, əyləncəli yarışlar keçirirlər. Gün ərzində 2 saat balabilgələrin yuxu vaxtı nəzərdə tutulmuşdur.

BalaBilgə uşaq bağçasının faydaları:

- Sosiallaşma
- Balabilgələrdə özünə inam hissi yaratmaq
- Paylaşmağı öyrətmək
- Başqalarına hörmət etmək hissini alışdırmaq (müəllim və uşaqlara)
- Xırda motorikanı inkişaf etdirmək
- İdrak bacarıqlarını inkişaf etdirmək
- Dil inkişafına dəstək
- İdman vərdişləri qazandırmaq
- Öyrənmək vərdişlərinə alışdırmaq
- Mütəmadi həyata uyğunlaşdırmaq.
0-6 yaşları əhatə edən erkən uşaqlıq ən sürətli inkişaf dövrüdür.
Bu yaşda övladınız sadalanan bacarıqları toxunaraq, praktika edərək, sevgi dolu mühitdə, əylənərək öyrənəcəklər.

STEAM nədir?

STEAM nədir, bağçada niyə faydalıdır və uşaqlar üçün STEAM əsaslı toxunaraq öyrənmə dedikdə nə nəzərdə tutulur?
Bəsit şəkildə izah edəsi olsaq, STEAM beş sahəni əhatə edir: elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat.
STEAM yanaşmasının tətbiqiylə geniş bacarıq və biliklər əldə etmək, həmçinin effektiv öyrənmə və öyrətmə mühiti formalaşdırmaq daha asan olur. Övladlarınız bağçamızda bu beş disiplini bir arada və bir birinə bağlı şəkildə öyrənəcək və bacarıqlar qazanacaq.

STEAM bağçada niyə faydalıdır?

STEM təhsilinə erkən başlanğıc, STEM-in əsaslarını inkişaf etdirmək üçün vacibdir. Bu tip öyrənmə aşağıdakı bacarıqları inkişaf etdirir:
- Tənqidi və məntiqli düşünmək bacarığı
- Problemləri yaradıcı şəkildə həll etmək bacarığı
- Dünya ilə qorxmadan əlaqə qurmaq üçün inam
Bağçamızda STEM-in bu əsas konsepsiyalarının tətbiqi uşaqların zehinlərində təhsilə maraq, yeniliklərə açıq və özgüvənli olmaq kimi əsas meyarları qalıcı olaraq inkişaf etdirir. 0-6 yaş aralığının öyrənmə və inkişaf üçün əsas yaş dönəmi olduğunu nəzərə alsaq, bu bacarıqların öyrədilməsi çox ciddi əhəmiyyət kəsb edir.

Toxunaraq öyrənmənin faydaları.

2-7 yaş arasında uşaqlar təbii aktiv təxəyyüllə malik yaradıcı və instinktiv dizaynerlərdir. Bu bacarıqların qığılcımları çox vaxt təbii olaraq aşkarlansa da, bağçamızda bu bacarıqlar planlı formada təşviq və inkişaf etdirilir. Bu da uşağın gələcək təhsil uğurları üçün çox vacibdir. Yəni övladınızın bacarıqları STEAM əsaslı toxunaraq öyrənmə mühitində daha tez kəşf olunur və inkişafı daha sürətli olur. Elm, texnologiya, mühəndislik və riyaziyyatla erkən müsbət münasibət qurmaq uşağın gələcəyinə, onların təhsil karyerasından kənardakı yaşamına və gələcək qazanclarına müsbət təsir göstərəcək.
Uşaq bağçası səviyyəsində STEAM təlimatının məqsədi praktik və bacarıqlı şagirdlər yetişdirmək və ömür boyu araşıdrmağa meyilli insan olmasına ilham verməkdir. bağçamızda toxunaraq, təcrübə edərək bilgi qazanan uşaqlar, qazandıqları bu bacarığı növbəti illərdə sevə sevə davam etdirəcəklər.