Söz: Qanun Ümman
Bəstəkar: Sərdar Fərəcov
Səsləndirən: M-teatr
Hədəf Himni
Xoşbəxt bir gələcəyin təhsildir gur çırağı,
Seçdiyimiz bu amal alimliyin ocağı.
Yolumuza nur səpən Günəşə gedirik biz,
Bizi qartal edəcək zirvələr hədəfimiz.
Elm sahilsiz ümman, qoynunda qəvvas olduq,
Biliyi duya-duya həyata həssas olduq,
Hikmətlərdən bac aldıq, xəzinədir qəlbimiz,
Taleyə naxış vuran ilmələr hədəfimiz.
Ruhlarımız yoğruldu odlar yurdu odundan,
Qeyrətimiz ad aldı Azərbaycan adından.
Səadət çələngidir əməyimiz, səyimiz,
Xalqa nicat bəxş edən töhfələr hədəfimiz.