Hədəf Şirkətlər Qrupunda məktəbəhazırlıq bölməsinin müəllim heyəti ilə iclas keçirilmişdir.
Görüş zamanı dərs vəsaitlərinin təkmilləşdirilməsi, tədris proqramının yenilənməsi, eləcə də sınaq imtahanlarının sistemli şəkildə təşkili ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Bundan əlavə, uşaqların bədii-estetik zövqünün və əl bacarıqlarının inkişafı məqsədilə dərnək dərslərinin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
İclasda Hədəf Şirkətlər Qrupunun Qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Hədəf Kurslarının İcraçı direktoru Səftər Əlsəfa, direktor müavini Vüsal Heybətov, Balabilgə Uşaq Bağçasının filial müdirləri Ülviyə Həsənova və Nərmin Ərəbli, həmçinin Xan Nəşrlərinin direktoru Səbuhi Şahmursoy iştirak etmişlər.
Tədbirdə Hədəf Kurslarının və Balabilgə Uşaq Bağçasının müəllim heyəti də iştirak edərək tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində fikir və təkliflərini bölüşmüşlər.