Dil – bir millətin kimliyi, tarixi və ruhundan gələn ən güclü səsidir. Hər bir xalqı yaşadan, onu dünyada tanıdan ən böyük dəyər onun ana dilidir. Biz ana dilimizlə düşünür, hiss edir, sevinir, kədərlənir və ünsiyyət qururuq. Dilimiz bizim varlığımızın, milli ruhumuzun güzgüsüdür.
Azərbaycan dili əsrlər boyu qorunub, inkişaf edib və bu gün müstəqil Azərbaycanın rəsmi dili olaraq bütün dünyada tanınır.
Lakin hər bir dəyər kimi ana dilimiz də qorunmağa, yaşadılmağa və sevgi ilə ötürülməyə ehtiyac duyur. Onu yaşatmaq bizim borcumuzdur. Biz bu dili sevərək danışdıqca, öyrətdikcə və inkişaf etdirdikcə o heç vaxt yox olmayacaq! Çünki dili yaşadan insanlar, xalqın özü, onun sevgisi və diqqətidir.
Gəlin ana dilimizi sevək, onu qoruyaq və gələcək nəsillərə ötürək! Çünki dilimizi qorumaq – mədəniyyətimizi, tariximizi və milli kimliyimizi qorumaq deməkdir!
Bu münasibət ilə məktəbəqədər hazırlıq 0A3 bölməsinin hazırladığı videonu sizə təqdim edirik!