Azadlıq Korpusu Balabilgə Uşaq Bağçasının həm məktəbəqədər hazırlıq, həm də erkən İnkişaf qrupları Beynəlxalq Kitab Bağışlama Gününü böyük sevinc və həvəslə qeyd etdilər!
Bu gün balabilgələrimiz üçün təkcə kitab bağışlamaq deyil, həm də dostluq, paylaşmaq və öyrənməyin gözəlliyini hiss etmək günü oldu. Onlar öz sevimli kitablarını həm qrup yoldaşlarına, həm də müəllimlərinə və dəyərli idarə heyətimizə hədiyyə edərək bilik paylaşmağın sevincini yaşadılar.
Bu gözəl təşəbbüs sayəsində balalarımız təkcə kitab verməklə kifayətlənmədilər, eyni zamanda özləri də maraqlı və dəyərli kitab hədiyyələri alaraq oxumağa olan maraqlarını daha da artırdılar.
Balabilgələrimizin bu sevgi dolu kitab paylaşımları ətrafa o qədər gözəl enerji saçdı ki, müəllimlər də bu təşəbbüsə böyük məmnuniyyətlə qoşuldular. Onlar da öz sevimli kitablarını uşaqlara hədiyyə edərək oxumağa olan sevgini daha da gücləndirdilər.
Kitablar bilik xəzinəsidir və onları paylaşmaq gələcəyə işıq tutmaq deməkdir. Ümid edirik ki, bu gün balalarımızın yaddaşında unudulmaz bir xatirə kimi qalacaq və onlarda kitab sevgisi daha da güclənəcək.
Bala gətir, bilgə götür!