Axtarış

Milli mətbəxi, gündə 4 dəfə qidalanma, balanslaşdırılmış menyu

Milli mətbəxi, gündə 4 dəfə qidalanma, balanslaşdırılmış menyu

Məktəbəqədər dövr uşağın qidaya qarşı müsbət davranışlar qazanması üçün ən mühüm dönəmdir. Bu dövrdə uşaqların yetərli, sağlam və balanslı bəslənməsi piylənmə, ürək-damar xəstəlikləri, xərçəng və digər xroniki xəstəlik risklərini azaltmağa və sonrakı yaşlarda sağlam qidalanma vərdişləri qazanmağa kömək edəcək.
Uşaqlarda fiziki inkişaf düzgün olmayanda qida qəbulunda da nizam pozulur. Məktəbəqədər yaşlı uşaqların sümüklərinin, dişlərinin, beyin və sinir sisteminin, qan dövranı və digər orqanlarının böyüməsi və inkişafı üçün həcmi az və qida dəyəri yüksək olan qidalar lazımdır.
Uşaqların qida qəbulunda yeyə biləcəyi miqdar məhduddur. Bu səbəbdən az miqdarda qidadan daha çox enerji əldə etmək məqsədəuyğundur. Məktəbəqədər uşaqlar ilk növbədə enerjiyə ehtiyac duyurlar. Gündəlik enerji qəbulu 2-3 yaş üçün 1300 kalori, 4-6 yaşlı uşaqlar üçün isə 1800 kalori tövsiyə olunur. Gündəlik enerjinin 12-15%-i zülallardan təmin edilir.
Uşaqlar arasında qida qəbulunda böyük fərq ola bilər. Qida qəbulundakı fərqlər böyümə sürətində də özünü göstərir. Erkən uşaqlıqdan başlayan bəzi yeməkləri sevməmək, yemək seçmək və yemək istəməmək yetkinliyə qədər davam edə bilər. Ailə mühiti, media, reklamlar, dost təsiri və xəstəliklər qida seçiminə təsir edən əsas amillərdir.
Bağçamızda yemək menyusu peşəkar həkim dietoloq və yeməkxana menecerlərinin təyin etdiyi qida dəyəri yüksək yeməklərdən ibarətdir. Balabilgələrimiz təmizlik və gigiyenik normalara diqqət edilərək ekoloji təmiz məhsullardan hazırlanmış, qida rasionu diqqətlə balanslaşdırılmış qəlyanaltı, nahar və ara yeməklərlə təmin olunurlar.