Fəaliyyətimizdə bizə yol göstərən Hədəf Konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı insanlar yetişdirməkdir.
Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.
BİLGƏ – Hədəf Konseptində məqsəd bilikli, bacarıqlı, yaradıcı, sağlam, özünü dərk edən, milli dəyərlərinə bağlı, BİLGƏ İNSAN yetişdirməkdir.
1. Özünüdərk – Hədəf Konseptinə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist,hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır.
İnsanın özünüdərk prosesi dəyərlərə sevgisindən başlayır. Bu dəyərlər humanitar, milli və ekoloji dəyərlərdir. Hədəf Konseptinə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam hissləri özünüdərk prosesi nəticəsində formalaşır. Bunun üçün konseptimizin ana sütunu özünüdərkdir.
Bu prinsipdən məktəbin dizaynından başlamış, dərs ilinin sonuna qədər hər an hər yanaşmamızda istifadə etməliyik. Balabilgələrin milli köklərinə bağlı şəkildə böyümələri üçün hər bir məktəb çalışanı əməlində və düşüncəsində səy göstərməlidir. Milli geyim günüdürsə, birinci müəllim geyinəcək, əgər dəyərlərə sayğıdan danışırıqsa, tərbiyə edən ilk o olacaq.
Özünüdərk ayrıca dərs prosesi olmasa da, bunu özündə ehtiva edən yanaşmalar yetərincədir. Məktəbimizin dizaynı, Dədə Qorqud otağı, divarlardakı plakatlar, zənglər üçün seçilmiş milli musiqilər, hər birinci gün səsləndirilən himn və beşinci gün səsləndirilən balabilgə andı, səhnələşdirilən əsərlər və s. bir milli ideologiya carçısıdır. Bir adam milli olduğu qədər də bəşəri ola bilər, milliliyi olmayandan bəşərilik gözləmək qəbahətdir.
2. Sağlam – Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit inkişaf üçün vacib amildir. Biz təhsilimizdə “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.
Sözün geniş mənasında sağlamlıq yetişdirdiyimiz müasir insanın əsas xüsusiyyətlərindən biri olacaq. Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit millətin və dövlətin, eləcə də bəşəriyyətin inkişafı üçün vacib amillərdən olduğuna görə biz təhsilimizdə bu faktorlara xüsusi diqqət yetirir, “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.
Sağlam bədən üçün liseyin istifadə etdiyi avadanlıqlar, divarların rəngi, işıqlandırma, idmana olan diqqət, balabilgələrin düzgün oturmaqlarına nəzarət, gigiyena və sair məsələlər önəmlidirsə, təhsilin əsas tərəfi olan tərbiyə isə mənəvi sağlamlığın ana xətt idir. İlk olaraq müəllimlər arasında formalaşan sağlam münasibət birbaşa olaraq balabilgələrə sirayət edir.
Balabilgələrin əxlaq çərçivəsini pozmadan bir-birilərinə dost münasibəti, ətraf mühitə hörməti, aralarında səmimi münasibət formalaşdırması mənəvi sağlamlığın özüdür. Bunun üçün biz balabilgələrimizə səhvetmə, yardımlaşma, anlama, etirazetmə, bağışlama mədəniyyətini aşılayır, onların sağlam düşüncəli bir insan kimi yetişməsinə çalışırıq.
3. Bacarıqlı – Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda ətrafındakı insanlara keyfi yyətli həyat təmin edir. O, sərbəst öyrənmə, novatorluq, fi kirlərini sərrast ifadə etmə bacarıqlarına malikdir.
Dünyanın dünəni də, bu günü də bacarıqlı insanın sayəsində qurulub, sabah da bacarıqlı insan quruculuq fəaliyyətinə davam edəcək. Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda onun əlavə dəyər yaratma imkanları daha da artır. Yaratdığı əlavə dəyərlərlə özünə və ətrafındakı insanlara keyfi yyətli həyat təmin edir. Bizə görə bacarıq geniş məfh um olub xəyal gücünü, təşəbbüs ruhunu, sərbəst öyrənməyi, novator olmağı, texnologiyadan istifadə edib fi kirlərini sərrast ifadə etməyə imkan tanıyan nitq bacarıqlarını ehtiva edir.
4. Yaradıcı – Yaradıcı insan estetik, bədii, texniki və elmi bacarıqlarını müəyyən edib onu inkişaf etdirən, problemlərə yeni yanaşma ilə baxıb orijinal həllər tapan insandır.
Biz yaradıcılıq ruhundan bütün insanların pay aldığını düşünürük. Yaradıcılıq meylinin estetik, bədii, texniki və ya elmi yönümlü olmasını müəyyən edib onu inkişaf etdirən insan, problemlərə yeni gözlərlə baxıb orijinal həllər tapan insandır. Biz insanlarımızın yaradıcılıq potensialını ortaya çıxarıb daha da inkişaf etdirmələri üçün lazımlı şəraiti yaradırıq.
5. Bilikli – Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik digər bacarıqları həyata keçirmək üçün əsas zəmindir.
Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik araşdırmadan, araşdırma maraqdan yaranır. Bilikli insan biliyini araşdırarkən, sorğularkən, fərqindəliyini artırarkən qazanır, qazandıqlarını problemlərin həllində tətbiq edir. Bu gün biz istənilən sahədə ağıllı qərarlar vermək üçün elmin, iqtisadiyyatın, menecmentin qanun və prinsiplərinə müraicət edirik. Bilik digər bacarıqlarımızın eff ektiv ola bildiyi zəmindir. Bilgi çağında bilgili olmaq və bu bilgini bəşəri və milli dəyərlərin qorunması və inkişafı, həmçinin həlli vacib problemlərin aradan qaldırılması üçün istifadə etmək bir insanlıq vəzifəsidir.
Hədəf Konseptinin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş, sağlam, bacarıqlı, yaradıcı və bilikli insanı yetişdirməkdir ki, o, bir BİLGƏ İNSAN kimi millətinə və bəşəriyyətə faydalı olsun.