Axtarış

Məşq otağı, yoga və fitness, xoreoqrafiya studiyası, üzgüçülük hovuzu, açıq və qapalı idman kompleksi.

Məşq otağı, yoga və fitness, xoreoqrafiya studiyası, üzgüçülük hovuzu, açıq və qapalı idman kompleksi.

Göstərilən imkanlardan istifadə etməyin aşağıdakı faydaları var:

Üzmək:

Əzələ və sümük inkişafını sürətləndirir, üzməyən həmyaşıdları ilə müqayisədə onu daha güclü və sağlam göstərir. Piylənmənin qarşısını alır, eyni zamanda iştah problemini aradan qaldıraraq yemək istəyini artırır. Ürək xəstəliklərinə qarşı müqavimət verir, sinir inkişafına kömək edir. Kiçik və böyük motor bacarıqlarını artırır. Zehni gümrah saxlayır, bədəndə serotonin miqdarını artırır və xoşbəxtlik bəxş edir.

Stressi azaldır:

Çöldə qaçmaq və oynamaq uşaqları daha xoşbəxt və daha azad olmalarına səbəb olur. Çünki uşaqlar oyun oynayaraq enerjilərini atırlar. Uşaqlar açıq havada oynamaqla özlərini daha sərbəst və xoşbəxt hiss edir, stresdən azad olur, bədənlərinə və düşüncələrinə əlavə etdikləri fəaliyyət onlara canlılıq və sağlamlıq verir. Həmçinin uşaqların psixalogiyasına müsbət təsir göstərir.

Görmə qabiliyyətini yaxşılaşdırır:

Ohio Universitetinin nəşr etdiyi araşdırmaya görə, həftədə 14 saat açıq havada qalmaq daha yaxşı görmə qabiliyyətinə gətirib çıxarır. Digər tədqiqatlar göstərir ki, təbii gün işığı uşaqlarda uzağı görməyi yaxşılaşdırır.

Daha sağlam edir:

Qaçış, tullanma, dırmaşma kimi fiziki cəhətdən hərəkətləri əhatə edən açıq hava oyunları uşaqların tənəffüs, qan dövranı, həzm və ifrazat sistemlərinin müntəzəm işləməsini təmin edir. Açıq havada oynayan uşaqlar D vitaminindən daha çox faydalanır və onların immun sistemi daha güclü olur. Beyin toxumalarının böyüklərdən daha çox oksigenə ehtiyacı olan uşaqlar açıq havada təmiz hava və oksigendən də faydalanırlar.

Diqqət müddətini artırır:

Araşdırmalar göstərir ki, açıq havada təcrübə edərəkvə toxunaraq öyrənən uşaqların konsentrasiya vaxtın və yaddaş performansı artır. İllinoys Universiteti tərəfindən aparılan müxtəlif araşdırmalara görə, açıq havada öyrənmək hətta diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu olan uşaqlarda belə bu simptomları azaldır.

Xəyal gücünü qidalandırır:

Xarici mühit dəyişən, dinamik və getdikcə daha çox bilinməyənlərlə dolu olduğundan, uşaqlar daim yeni şeylər öyrənirlər. Onlar tanış, adi, qapalı ərazilərdən fərqli olaraq, həmişə açıq havada kəşf etmək üçün yeniliklər tapırlar. Bu, uşaqları səyahətə, görməyə və ətrafa baxmağa təşviq edir, onların maraq və təxəyyülünü gücləndirir. Uşaqlar açıq havada oynayaraq ətraf mühiti və təbiəti tanımaq imkanı əldə edirlər.

Əlavə olaraq:

Açıq hava oyunları uşaqların yuxusunu tənzimləməyə kömək edir. O, empatiya, tolerantlıq, anlaşma və əməkdaşlığa təşviq edir. Kiçik və böyük motor bacarıqları üçün lazım olan əzələlərin işini dəstəkləyir. Çətinliyə qalib gəlməyi öyrədir. Təbiətlə münasibətləri inkişaf etdirir. Uşaqların nevrotik, introvert, utancaq və küsəyən xarakterli olmasının qarşısını alır. Qaçma, dırmaşma və tullanma kimi hərəkət tələb edən oyunlar sayəsində balans, həcm və çəki kimi anlayışlar təbii şəkildə öyrənilir.

Sizin övladınız bütün bunlara geniş oyun meydançaları və bağı olan Balabilgə uşaq bağçasında sahib olacaq.