Axtarış

Hüseyn Cavidin doğum günü münasibətilə video çarx hazırladıq.

Okt 25 / 2024
Hüseyn Cavidin doğum günü münasibətilə video çarx hazırladıq.

 BalaBilgə Uşaq Bağçasında Hüseyn Cavidin irsi!

BalaBilgə Uşaq Bağçasının Bakı filialı məktəbəqədər hazırlıq qrupu dahi şair və dramaturq Hüseyn Cavidin doğum günü münasibətilə video çarx hazırladı.

 Balaca fidanlarımız böyük həvəslə Hüseyn Cavidin ‘’Şeyx Sənan’’ və ‘’İblis’’ əsərlərindən müxtəlif hissələri səhnələşdirdilər.
Hüseyn Cavid ədəbiyyatımızda romantizm cərəyanının öncül nümayəndəsi kimi azadlıq, sevgi və mənəviyyat mövzularını dərin fəlsəfi məzmunla səhnəyə gətirən böyük dramaturqdur.
 Balabilgələrin gözündə Cavidin yaradıcılığına duyduqları marağı və onun dərin fikirlərindən aldıqları ilhamı hiss etmək olurdu. Bu cür çıxışlarla onların təkcə yaradıcılıq qabiliyyətlərini deyil, həm də milli mədəniyyətimizə olan bağlılıqlarını gücləndirilir.

Bala gətir, Bilgə götür!