Hədəf STEAM Liseyi Bakı və Abşeron filiallarında konseptimizə əsasən I – VIII sinif balabilgələri hesabat təqdim ediblər.
hedefliseyi.edu.az xəbər verir ki, balabilgələrin hesabat təqdim etməsi özünüifadə, tənqidi düşüncə, nitq qabiliyyəti, özgüvən, liderlik bacarıqlarının inkişafı və formalaşdırılması məqsədilə həyata keçirilir.
Balabilgələr hər yarımilin sonu hazırladıqları təqdimatla müəllim, valideyn və lisey rəhbərliyi qarşısında çıxış edirlər. Təqdimatlar, əsasən, liseydə əldə etdikləri bilik və bacarıqların hesabatı, liseyi tənqid, özünütənqid şəklində olur.
Eyni zamanda hesabatdan sonra valideyn iclası baş tutub. Sinif rəhbərlərinin hesabatına əsasən, balabilgə inkişafının analitik və akademik müşahidəsi valideynlərə təqdim edilib, akademik və sosial nəticələri aşağı olan balabilgələrlə işin təşkili, əlavə dərslər, olimpiadadakı uğurlar, qəbul-güzəşt imtahanı, klub və dərnəklərdə balabilgələrin inkişafı, ekskursiyalar və başqa mövzular işıqlandırılıb.
Sonda fənn müəllimləri ilə birgə hazırlanan təcrübələr təqdim olunub.
#balabilge #bilge #usaqbagcasi #uşaqbağçası