31.01.2023-cü il tarixində Balabilgə uşaq bağçasında valideyn iclası keçirilib.Konseptə əsasən ildə iki dəfə təşkil olunan valideyn iclaslarında,müəllimlər valideynlərlə görüşür,balabilgələrin uğurları paylaşılır, müzakirələr aparılır.
İl ərzində bağçada tədris olunan məşğələlər,proqramlar,balabilgələrin analitik müşahidəsinin nəticələri haqqında valideynlərə məlumat verilir.Valideynlərin təklif və şikayətləri dinlənilir.