Sudanda qadın sünnəti qadağan edildi

02.05.2020

Photo

Aprelin 22-də Sudan höküməti ölkədə geniş yayılmış ənənə olan qadın sünnətini qadağan edib. Qərar beynəlxalq ictimaiyyətin təqdirini qazanıb.

UNİCEF-in uşaq məsələləri üzrə Sudan nümayəndəsi bildirib ki, qadınları fiziki olaraq incidən və Sudan cəmiyyətində geniş yayılmış bu adə dayandırılmalıdır.

"Bu təkcə qız uşaqlarının haqqlarının pozulması deyil, o zərərlidir və qızların fiziki və mental sağlamlığına ciddi təsir edir" deyə Abdullah Fadil bildirib. O bildirir ki, hökümət və cəmiyyət birgə bu praktikanın dərhal dayandırılması üçün hərəkətə keçməlidir.

Qadın həqiqətən natamam varlıqdırmı?

Qadın sünnəti qadın cinsi orqanını xarici hissəsi genitalia-nın kəsilməsidir. Yaxın Şərq və Afrikada yayğın olan bu praktika qız uşaqlarının yetkinlik yaşına çatmamış həyata keçirilir.

Sünnət bir çox hallarda ölümcül qanaxma, xroniki ağrılar, menstruasiya, sidiyə çıxma və doğuş çətinlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.

Qadın sünnəti əsasən qadınların cinsi davranışlarını kontrol etmək üçün edilir.

UNİCEF-in hesabatına görə 2014-cü ildə Sudanda 86.6% qadınlar sünnət edilib. Bundan sonra əməli həyata keçirənləri 3 ilə qədər həbs gözləyir.

Buradan paylaş: