Fransa xəstəxanaları dəstəkləmək üçün antik mebelləri satışa çıxarır

01.05.2020

Photo

Fransada ölkənin ağır durum yaşayan xəstəxanalarına dəstək üçün ölkənin bəzi antik mebelləri satışa çıxarılacaq.

Mobilier National milli mebel kolleksiyası auksiona çıxarılacaq əşyaların siyahısını hazırlayır.

Hələlik konkret olaraq nələrin satışa çıxarılacağı məlum deyil, ancaq əşyaların 19-cu əsrə aid olacağı məlumdur. Bildirilir ki, antik əşyalar Luis Felipe 1-cinin dövrünə 1830 - 1848 aiddir.

Prustu oxumaq üçün altı səbəb

Mobilier National-ın direktoru bildirir ki, satış siyahısında əsasən miras dəyəri az və nisbətən az əhəmiyyətli şəxslər tərəfindən istifadə olunan əşyalar olacaq.

Auksion sentyabr ayında baş tutacaq və ordan gələn gəlir fransa xəstəxanaları fonduna köçürüləcək.

Fransa xəstəxanaları həmçinin məşhur Asteriks obrazının illustratoru keçən ay 92 yaşında fəvat edən Albert Uderzo-nun rəsmlərinin satışından əldə olunan gəlirlərdən də yararlanacaq.

Buradan paylaş: