Joker daha bir rekordu qırmağa yaxındır: tarixin ən qazanclı filmi

11.11.2019

Photo

Film indiyədək 953 milyon dollar qazanc əldə edib

Bilge.az "Forbes"ə istinadən xəbər verir ki, "Joker" komiks əsasında hazırlanmış film kimi tarixin ən qazanclı filmi ola bilər.

Son illərin ən mübahisəli filmi - Joker

Verilən məlumata görə, prokatdakı 5 həftə boyunca film 953 milyon dollar qazanc əldə edib. Növbəti həftə sonlarında filmin daha bir neçə milyon dollar qazanması gözlənilir. Bu zaman onun kassa gəlirləri 957 milyon dolları keçə bilər.

Bu, filmin 62,5 milyon dollarlıq istehsalat büdcəsindən 15,3 dəfə daha çox edəcək və beləliklə, "Joker"ə Cim Kerrinin oynadığı "Maska" (1994) filmini ötüb keçməyə imkan verəcək ("Maska" 351 milyon dollar qazanmışdı, bu da filmin 23 milyon dollarlıq istehsal xərcindən 15,2 qat çox demək idi).

"Joker"in yaradıcıları üçün daha bir xoş fakt budur ki, psixoloji dram az büdcəsinə baxmayaraq, qazancı 900 milyon dolları keçən filmlər arasında üçüncü pillədə qərarlaşıb. İlk pillədə istehsalı 52 milyon dollara başa gəlsə də, qazancı 905 milyon dollar olan "Bohemiya Rapsodiyası" (2018) filmi, ikinci pillədə isə istehsalı 55 milyon dollar olsa da, qazancı 968 milyon dollar olan "Kral Şir" (1994) cizgi filmi qərarlaşıb.

Bilge.az

Buradan paylaş: