İlon Mask açıqladı: Marsda kaloniyanın qurulması üçün nə edilməlidir?

11.11.2019

Photo

İlon Mask deyir ki, qırmızı planetdə məskunlaşma üçün min ədəd kosmik gəmi lazımdır

Bilge.az xəbər verir ki, "SpaceX" şirkətinin rəhbəri İlon Mask Marsda kaloniyanın qurulmasının vacib olduğunu bildirib. Bu barədə o, "Tvitter" hesabında məlumat yayıb.

Elm təsəvvürlə necə bağlıdır?

Sahibkarın sözlərinə görə, planetdə özbaşına fəaliyyət göstərə bilən kaloniyanın qurulması üçün təxminən min ədəd "Starship" gəmisi lazımdır. Bunlar qırmızı planetə milyon ton resursun və təchizatın göndərilməsinə xidmət edəcək.

Yer və Mars ildə iki dəfə uçuşlara imkan verəcək səviyyədə bir-birlərinə yaxınlaşırlar, yüklərin çatdırılması isə təxminən 20 il vaxt alacaq. Maks əlavə edib ki, hər bir çatdırılma "Space X"ə təxminən iki milyon dollara başa gələcək.

Sentyabrın sonunda "Space X" jurnalistlərə Mars və digər planetlərarası missiya üçün nəzərdə tutulmuş tam təchiz olunmuş "Starship" gəmisini nümayiş etdirmişdi. Maksın sözlərinə görə, 20 kilometr hündürlüyə ilk buraxılış bir-iki aydan buraxılacaq. Bundan əvvəl "Space X" "Starship"in prototipini də uğurla sınaqdan keçirmişdi: apparat 150 metr yuxarı qalxmış və bir dəqiqədən də az çəkən uçuşdan sonra vertikal eniş həyata keçirmişdi.

Bilge.az

Buradan paylaş: