Dünyada ən çox alkoqol istehlak edən ölkələr açıqlandı (Siyahı)

11.11.2019

Photo

Dünyada alkoqola maraq azalır

Bilge.az xəbər verir ki, adambaşına alkoqollu içki istehlakına görə Litva dünyada birinci sırada qərarlaşıb. Bu barədə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesabatında bildirilib.

Berlin – yalqızlığın paytaxtı

Litvada ildə ortalama vətəndaşın 12,3 litr alkoqolli içki içdiyi müəyyən edilib.

Siyahıda ikinci sırada Avstriya (11,8 litr), üçüncü sırada Fransa (11,7 litr) qərarlaşıb. İlk beşliyi Çexiya (11,6 litr) və Luksemburq (11,3 litr) tamamlayıb.

Rusiya bu dəfəki siyahıda 7-ci sırada gəlib (11,1 litr). Ekspertlərin açıqlamasına görə, 2007-ci ildə bəri ruslar ortalama olaraq 7 litr daha az içməyə başlayıblar.

Ən az içki içən ölkələrin başında İndoneziya (0,3 litr), Türkiyə (1,4 litr) və İsrail (2,6 litr) gəlib.

Ekspertlər qeyd ediblər ki, demək olar ki, bütün ölkələrdə adambaşına düşən alkoqol istehlakında azalma var. Yeganə istisna Çindir, 2007-ci ildən bəri ölkədə alkoqol istehlakının göstəricisi adambaşına 2 litrdən çox artıb.

Bilge.az

Buradan paylaş: