Ayaq üstə gəzə bilən ən qədim insanabənzər meymunun fosilləri tapılıb

11.11.2019

Photo

Elm adamları tapıntının təkamül nəzəriyyəsi üçün böyük əhəmiyyət daşıdığını deyirlər

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, elm adamları iki ayaq üstə gəzməyin necə təkamül etdiyinə dair ipucları verə biləcək iri insanabənzər meymunun fosillərini tapıblar.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

İki ayaq üstə gəzmək insanın ən müstəsna xüsusiyyətlərindən biridir. Fosilləri tapılan "Danuvius guggenmosi" adlı iri insanabənzər meymun növünün həm ağaclarda yaşamağa münasib qolları, həm də insanınkına bənzəyən ayaqları mövcuddur.

Mütəxəssislər bu növün 12 milyon il əvvəl yaşadığını hesablayıb. İndiyə qədər iki ayaq üstə gəzə bilən ən qədim növün 6 milyon il əvvəl yaşadığı güman edilirdi.

Analizdən keçirilən fosillər Almaniyanın Bavariya bölgəsində 2015 və 2018-ci illər aralığında tapılıb. Fosillərdən biri erkək, ikisi dişi, biri də körpəyə aiddir.

Almaniyanın Tübingen Universitetinin professoru Madelayn Böhme məsələ ilə bağlı açıqlamasında deyib: "Cənubi Almaniyadakı fosillər paleantologiya sahəsində yeni bir mərhələ açıb. Bu tapıntılar iri insanabənzər meymunlar və insanların təkamülünə dair fundamental biliklərimizi sorğulayır".

Böhmenin fikrincə, bu iri insanabənzər meymun insanların insanabənzərlərdən təkamül etməsi prosesindəki "itmiş halqa" üçün ən ideal modeldir.

Bilge.az

Buradan paylaş: