9 yaşlı uşaq dünyanın ən gənc universitet məzunu olacaq

11.11.2019

Photo

Dünyanın ən gənc universitet məzunu olması gözlənilən Lauren 9 yaşında mühəndis olacaq

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Eyndhoven Texniki Universitetinin Elektrik Mühəndisliyi fakültəsində 20 yaşlarındakı tələbələrin arasında noutbuku ilə əlləşən 9 yaşlı Lauren Simonu uzaqdan görənlər müəllimlərdən birinin övladı zənn edirlər.

Narsistlər niyə daha xoşbəxtdir?

Amma o, yaxın günlərdə universitet təhsilini tamamlayaraq, "dünyanın ən gənc universitet məzunu adını" alması gözlənilən tələbədir. Üstəlik bir qayda olaraq fakültədə ən azı 3 il oxumalı olduğu halda, təhsilini bir ildən də qısa müddət ərzində tamamlayacaq.

Mart ayında elektrik mühəndisliyi təhsilinə başlayan 9 yaşlı Lauren diplom almaq üçün son layihəsini yekunlaşdırmaq üzrədir.

Hazırda dünyanın ən gənc universitet məzunu adını daşıyan şəxs 10 yaşında ABŞ-ın Alabama universitetindən məzun olan Maykl Kernidir.

Ginnesin Rekordlar Kitabına düşməyə yaxın olan Lauren Simon Belçikanın Ostende şəhərində dünyaya gəlib.

Eyndhoven Universitetinin professoru Piter Baltus Laurenin qabiliyyətləri barədə açıqlamasında deyir ki, Lauren heyrətamiz beyin strukturuna sahibdir və "dəhşətli bir sürətlə" öyrənir. Bunun fotoqrafik yaddaşdan daha qüvvətli olduğunu deyən professor heyrətini gizlədə bilmir: "Uzun iş həyatımda tanıdığım ən ağıllı tələbədən 3 qat daha ağıllıdır. Yetkin tələbənin heç vaxt çata bilməyəcəyi səviyyədə ağlı var".

Lauren özü isə Eyndhoven universitetindəki laboratoriyaların normal məktəbdəkindən daha əyləncəli olduğunu düşünür. Elektrik mühəndisliyi sahəsidə yeni bir şey ixtira etməklə xoşbəxt olacağını deyir.

Bilge.az

Buradan paylaş: