Aydan düşən parça auksionda 2.5 milyon dollara satışa çıxarılıb

30.04.2020

Photo

Auksiyonda satışa çıxarılan dünyanın ən böyük Ay meteroidi 2.5 milyon dollar qiymətləndirilib.

Ayla asteroid və ya kometin toqquşması nəticəsində planetin səthindən qoparaq Saxara səhrasına düşən daş 13.5 kq çəkisindədir.

NWA 12691 adlı parça yerdə indiyə qədər tapılan 5-ci ən böyük ay parçasıdır. Ümumilikdə hazırda yerdə 650 kq çəkisində ay parçaları var.

Christi auksion-un elm və tarix rəhbəri James Hyslop deyir ki: "Başqa bir dünyadan parçanı əlində tutmaq təcrübəsi heç vaxt unudulmayan bir şeydir".

Onun Aydan düşmüş parça olduğu 1960-1970-ci illərdə Apollo proqramı vaxtı Aydan yerə gətirilmiş 400 kq daşla müqayisə ediləndən sonra təsdiqlənib.

Buradan paylaş: