Tarixdə ilk dəfə nəhəng məxluqların toplu məzarlığı tapılıb

08.11.2019

Photo

Qədim insanların tələsi aşkarlanıb

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, arxeoloqlar 800 sümükdən ibarət olmaqla, mamontların basdırılmış qalıqlarını aşkar ediblər. Kütləvi dəfn yerindəki qalıqlar 14 ölü heyvana məxsusdur.

Tədqiqatçılar hesab edirlər ki, qədim insanların yaratdıqları ilk quyu tələsini aşkar ediblər.

Müasir Meksikanın Tultepek şəhərinin ərazisində yerləşən tələ otyeyən heyvanların düşməsi üçün 14 min il əvvəl hazırlanıb. Bəzi sümüklərdə zədələnən yerlər aşkarlanıb, bu ovun əlamətləridir.

Alimlərin sözlərinə görə, ətraf ərazidə mamontların 5-dən çox sürüsü, həmçinin atlar və dəvələr məskunlaşıbmış.

Bu qazıntılar tarixində tapılan ən böyük basdırılmış tapıntıdır.

Bilge.az

Buradan paylaş: