Türkmənistan prezidenti öz itinə heykəl qoydurur (Video)

08.11.2019

Photo

Paytaxtda ucaldılacaq abidə 15 metr hündürlüyündə olacaq

Bilge.az "ren.tv"yə istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov paytaxt Aşqabadda alabay cinsindən olan itinə 15 metr hündürlüyündə abidə qoydurmaq qərarına gəlib. Prezident abidənin yaradılmasına şəxsən nəzarət edəcəyini deyib.

Heyvan nə dərəcədə empatiya göstərə bilər?

Məsələ ilə əlaqədar Türkmənistan televiziyasının yaydığı videosujetdə Qurbanqulu Berdımuhəmmədovun abidənin ucaldılması ilə bağlı məmurlara tapşırıqlar verdiyi, məmurların da səylə tapşırıqları dəftərlərə yazdıqları görünüb.

"Baş, dörd pəncə və mütləq quyruq! Yazın, yazın!", - deyə prezident məmurlara göstəriş verib.

Abidənin ucaldılması ilə bağlı qərar 2017-ci ildə verilib. Həmin ildə Türkmən lider alabay küçüyünü Rusiya prezidenti Vladimir Putinə bağışlamışdı.

Berdımuhəmmədov Alabay cinsinin Türkmənistanın milli sərvəti olduğunu bildirib.

Bilge.az

Buradan paylaş: