Simone de Beauvoir sağlığında gizli qalan intim kitabı çap edilir

30.04.2020

Photo

Simon de Bovuarın sağlığında xeyli dərəcədə intim hesab edildiyi üçün çap edilməyən kitabı 75 il sonra çap ediləcək.

Kitab Les Inséparables adlanır.

Fransız filosof və feminist yazıçının çap ediləcək yeni kitabı onun gənclik dövründə Elisabet "Zaza" adlı gənc qızla ehtiraslı və faciəvi münasibətindən bəhs edir.

Tanımadığınız de Bovuar

Andree (Zaza) ilə Sylvie-nin (Simone) eyni sinifdə dərsə başlaması nəticəsində onların dostluğunun yaranması ilə başlayan kitab 1954-cü ildə birinci şəxsin dilindən yazılıb.

Sylvie (Simone) yeni qrup yoldaşını çox bəyənir, onun sevgisini qazanmaq üçün çox çalışır və Andree-nin faciəli ölümünə qədər onlar bir müddət ayrılmaz cütlük olurlar.

Kitabın əlyazmasını De Bovuarın qızı onun arxivində tapıb və əsər onun ön sözü ilə çap ediləcək. Le Bon-de Beauvoir bildirib ki, o əlyazmanı 1986-ci ildə oxuyub və çap etmək istəyib, ancaq başqa əsərlər daha qabağa düşüb.

"O bəyənmədiyi bir çox əlyazmalarını məhv etdi. Ancaq bu əlyazmaya dəymədi. O mənə dedi ki, sən düz hesab etdiyini edəcəksən" Le Bon-de Beauvoir bildirib.

Kitab bu ilin oktyabrında fransızca, 2021-ci ildə isə ingilis dilində nəşr ediləcək.

Buradan paylaş: