Lüt qorxu - Alman həkimləri soyunaraq etiraz ediblər

29.04.2020

Photo

Bir qrup alman həkimi şəxsi tibbi qoruma ləvazimatlarının çatışmazlığına diqqət çəkmək üçün çılpaq şəkillərini paylaşaraq etiraz ediblər.

Etiraz aksiyalarını "çılpaq qorxu" adlandıran qrup bildirib ki, onlar tibbi qoruma ləvazimatları olmadan işlədikləri üçün özlərini riskdə hiss edirlər. Həkimlər iddia edirlər ki, onların yardım çağırışlarına bir neçə aydı məhəl qoyulmur.

Ruben Bernau adlı həkim bildirir ki, o və onun komandası koronavirusla mübarizədə qoruma ləvazimatları ilə yetəri qədər təmin olunmayıblar. "Çılpaqlıq bizim qoruma ləvazimatları olmadan necə müdafiəsiz olduğumuzun simvoludur" deyə o bildirib.

Həkimlər iş yerlərində tibb ləvazimatlar, tualet kağızı və sair şeylərin arxasında gizlənməklə lüt şəkillər çəkdiriblər.

Alman həkimlər bir neçə gün əvvəl baş tutan fransız həmkarlarının çılpaq aksiyasından sonra həvəsləniblər.

Jana Husemann adlı həkim qeyd edir ki, onlar koronavirus xəstələrini müalicə eləməyə davam etmək istəyirlər, ancaq bunun üçün onların tibbi qoruma ləvazimatlarına ehtiyac var.

Aylardı həkimlər daha çox ləvazimat istəsələr də, tələbatın olduqca böyük olması səbəbindən onları təmin etmək hələki mümkün olmur. Bu ərəfələrdə tibbi personal xəstəxanalardan xeyli sayda oğurluq olduğunu da bildirir.

Son araşdırmaya görə hazırda Almaniyada həkimlərin 100 milyon bir dəfəlik istifadə maskasına, 50 milyon filtirli maskaya, 60 milyon önlük və əlcəyə ehtiyacı var.

Buradan paylaş: