Səudiyyə Ərəbistanı daha uşaqları öldürməyəcək

27.04.2020

Photo

Səudiyyə Ərəbistanında yetkinlik yaşına çatmayan uşaqlara ölüm cəzasının verilməsi qadağan edilib. Bu barədə məlumatı hökümət orqanı olan İnsan Haqqları Komissiyası verib.

Bu kral ailəsi tərəfindən irəli sürülən islahatlar çərçivəsində sonunucu qəbul edilən qərardı.

Niyə hər kəsin öz şəxsi dini olmalıdır?

İnsan Haqqları Komissiyası bildirib ki, yeni qərara əsasən yetkinlik yaşına çatmayan cinayətkarlara bundan sonra ölüm cəzası verilməyəcək, əvəzində onlara 10 ildən çox olmayan həbs cəzası kəsiləcək.

Komissiyanın rəhbəri Awwad Alawwad son qərarı Səudiyyə Ərəbistanı üçün vacib gün adlandırıb və bildirib ki, qərar onlara modern cəza növlərinin tətbiqinə imkan verir. Bu həmçinin ölkədə bütün sektorlarda baş verən islahatların göstəricisidir deyə o bildirib.

İnsan haqqları təşkilatı Amnesty International Səudiyyə Ərəbistanını İran və Çindən sonra ən çox edam edən ölkə hesab edir. 2019-ci ildə ölkədə 184 nəfər edam edilib.

Şahzadə Məhhəmməd ibn Salman-ın həyata keçirdiyi islahatlar çərçivəsində bundan öncə Səudiyyə Ərəbistanında şallaqlama cəzası da ləğv edilib. Onun əvəzində cinayətkarlar pul cəriməsi və ya həbs cəzası alacaqlar.

Buradan paylaş: