Facebook koronavirus saxta xəbərlərinə qarşı yeni mübarizəyə başlayır

17.04.2020

Photo

Bundan sonra sosial şəbəkə istifadəçiləri saxta xəbərlərlə bağlı Facebook-dan bildiriş alacaqlar.

Facebook pandemiya dövründə saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün səylərini artırmağa davam edir.

Facebook rəsmiləri koronavirusla bağlı yalan, saxta və yoxlanılmamış xəbərlərin sosial şəbəkədə yayılmasının qarşısını almaq üçün yeni planlarını elan ediblər.

Bundan sonra facebook istifadəçiləri saxta xəbərlərin olduğu paylaşımları oxuyanda, bəyənib və ya bölüşəndə Facebookdan məlumatın yalan olması ilə bağlı bildiriş alacaq.

Sosial şəbəkələrdə niyə və kimlərə həsəd aparırıq?

"Bu böhran dövründə mənim bir nömrəli işim digər bütün tətbiqlərimizdə sizin həqiqi və təsdiqlənmiş xəbərlər oxumağınızı təmin etməkdi" şirkət rəhbəri Mark Zuckerberg öz facebook statusunda bildirib.

Facebook bu qərara Avaaz araşdırma qrupunun hesabatından sonra gəlib. Beləki Avaaz müəyyənləşdirib ki, Facebookda dövriyyə edən saxta və yalan xəbərlərin 40%-i onlar rəsmi şəkildə təkzib ediləndən sonra da sosial şəbəkədə qalmağa davam edir.

Bu qəbildən olan saxta məlumatlar Facebookda müxtəlif dillərdə 1.7 milyon dəfə paylaşılıb.

Facebook ən çox qıcıq doğuran tiplərin 15 ümumi xüsusiyyəti

Avaaz-ın rəhbəri Fadi Quran deyir ki, əhəmiyyətini nəzərə alaraq, deyə bilərik ki, Facebook bu cür xəbərlərin episentridir.

Qeyd edək ki, hazırda Facebook-un 2.2 milyard istifadəçisi var.

Buradan paylaş: