Koronavirusdan ölən hər 10 nəfərdən 1-i sağlamdır

16.04.2020

Photo

Aparılan yeni hesabata görə İngiltərə və Uelsdə koronavirusdan ölənlərin hər 10 nəfərindən yanlız 1-i sağlamdır.

Yeni statistikaya görə koronavirusdan ölənlərin 91%-nin ən azı 1 ciddi xəstəliyi olub. Milli Statistika İdarəsinin yeni hesabatında bildirilir ki, ölən insanlarda ən çox müşahidə edilən möcvud xəstəlik ürək xəstəlikləri və demensiya sindromudur.

Digər çox görünən xəstəliklər isə şəkərli diabet, aşağı tənəffüz problemləri və qripdir.

Statistik məlumatları mart ayının 1-dən 31-nə qədər qeydə alınmış ölüm faktları əsasında hazırlanıb.

Bu müddət ərzində koronavirusla əlaqəli 3912 ölüm faktı qeydə alınıb ki, bunun da 86%-də koronavirus ölüm səbəbi kimi götürülüb. Ölənlərin 91%-də isə əvvəlcədən sağlamlıq problemləri olub.

Ölümlərin 14%-i, 541 ölüm ürək problemləri olan xəstələr olub. Koronavirusdan ölənlər ümumi halın 8%-ni təşkil edib.

Bildirilir ki, koronavirus əvvəlcədən xəstəliyi olanların vəziyyətinin ölümə qədər ağırlaşmasına səbəb olur.

Ölüm faktı həmçinin kişilər arasında qadınlarla müqayisədə daha çoxdur. Kişilər arasında ölüm qadınlarla müqayisədə iki dəfə çox olub.

Buradan paylaş: