ABŞ-da yaşıl iqtisadiyyat 1.3 trilyon dollar qazanc gətirib

22.10.2019

Photo

Yaşıl iqtisadiyyatın daha da genişləyəcəyi bildirilir

Bilge.az xəbər verir ki, ABŞ-da yaşıl iqtisadiyyat 1.3 trilyon dollar qazanc gətirib və 9.5 milyon insanı işlə təmin edib. Bu barədə London Kollec Universitetinin apardığı araşdırmada deyilir.

Bağışla, Qreta, amma sən (əsasən) haqsızsan

Tədqiqatçılar araşdırma apararkən, elektrik nəqliyyat vasitələri, tullantı menecmenti və bərpaolunan enerji kimi geniş iqtisadiyyatın subseksiyalarından toplanmış datalara əsaslanıblar.

Araşdırmanın gəldiyi qənayətə görə, bu, Çin daxil olmaqla, G-20 ölkələrində olandan daha böyük rəqəmlərdir. Birləşmiş Ştatlarda innovasiya və yeni texnologiyaya əsaslanan yeni yaşıl iqtisadiyyatın daha da böyüyəcəyi proqnozlaşdırılır.

Tədqiqatın ortaya çıxardığı rəqəmləri ölçərkən məlum olub ki, 9.5 milyon iş yeri ABŞ-dakı işlək əhalinin 4%-ni əhatə edir, 1.3 trilyon dollar isə illik 7%-lik ÜDM-dən az fərqlə geri qalır.

ABŞ-da yaşıl iqtisadiyyat 2013-cü ildən 2016-cı ilə qədər 20% böyüyüb, iqlim dəyişikliyi ilə mübarizə genişləndikcə bu rəqəmin artacağı gözlənilir.

Bununla belə, Birləşmiş Ştatlarda yaşıl iqtisadiyyatın təsirini ölçməyin çətin olduğu bildirilir, çünki hökumət rəsmi dataları toplamır.

Bilge.az

Buradan paylaş: