NASA-nın tarixi missiyası uğurla başa çatdı: Kosmosa qadın heyəti göndərildi

22.10.2019

Photo

Əvvəlki cəhdlər uğursuz alınmışdı

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, 18 oktyabr 2019-cu il tarixində NASA tarixdə bir ilki gerçəkləşdirməklə, 2 nəfərdən ibarət qadın heyətini uğurla kosmosa göndərib.

Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

221-ci il kosmos gəzintisi çərçivəsində Kristina Kox və Cessika Meyr kosmosa qalxaraq Beynəlxalq Kosmos Stansiyasındakı qüsurlu batareyanı dəyişdiriblər. Proses ümumilikdə beş saat çəkib.

"Bizim etdiyimiz şeyin mahiyyətinə varanda, bunun nə qədər əhəmiyyətli olduğu görünür", - Kox açıqlamasında deyib: "Keçmişdə qadınlar həmişə müzakirə mövzusu olmurdular. Kosmos proqramına töhfə vermək möhtəşəm duyğudur".

Qeyd edək ki, Kox və Meyr NASA-nın 50% kişilərdən 50% qadınlardan təşkil olunan 2013-cü il NASA məktəbinin məzunudurlar.

İki qadının kosmos missiyası onları kosmosa çıxan qadınların siyahısında müvafiq olaraq 14-cü və 15-ci qadın edib.

Bilge.az

Buradan paylaş: