Tarantino Bryus Linin qızının tələbinə əməl etməyəcək

22.10.2019

Photo

"Bir Zamanlar Holivvudda"nın Çində göstərilməsi üçün redaktə edilməsi tələb edilir

Bilge.az xəbər verir ki, amerikalı rejissor Kventin Tarantino yeni "Bir Zamanlar Hollivudda" filminin Çində nümayiş etdirilməsi üçün Bryus Linin qızının irəli sürdüyü şərti rədd edib.

Əslində, film keçən həftənin cümə günündən etibarən Çində nümayiş etdirilməliydi, amma Çin requlatorları filmin nümayişini dayandırıb.

Son illərin ən mübahisəli filmi - Joker

Müqaviləyə əsasən, Tarantino filmdəki bəzi səhnələrə dəyişikliklər etməliymiş, amma filmin həmprodüsseri "Bona Film Group" nümayişi təsdiq etmək üçün ona müraciət edəndə, rejissor Çin rəsmiləri ilə əməkdaşlıqdan imtina edib.

"The Hollywood Reporter"in məlumatına görə, Çində filmin nümayiş etdirilməsinə qoyulan qadağa Bryus Linin qızı Şannon Lunun Çin Milli Film Administasiyasına etdiyi müraciətlə bağlıdır. Şannon Li "Bir Zamanlar Hollivudda" filmində atasının ziddiyyətli təsvirinin dəyişdirilməsini tələb edir.

"Mən düşünmürəm ki, Şannon Li görkəmli bir fim tənqidçisidir və filmin nümayişinin dayandırılmasına da səbəb onun şikayətidir. Məsələ daha çox filmə baxanların reaksiyası və rəyləri ilə bağlıdır. Tarantinonun Bryus Li obrazı təkcə qeyri-obyektiv deyil, həm də təhqiramizdir", - bu sözləri "Global Times"a açıqlamasında Pekin Film Akademiyasının film tənqidçisi və müəllimi Şi Venhue deyib.

Qeyd edək ki, filmdə Bryus Li təkəbbürlü bir insan kimi göstərilir, o, təkbətək döyüşdə Məhəmməd Əlini "şikəst" edəcəyini desə də, Bredd Pittin canlandırdığı Kliff Buz obrazına məğlub olur.

Bəzi tamaşaçılar, xüsusilə Şannon Li filmdə Bryus Linin belə göstərilməsinə qarşı çıxıblar. Şannon Li bunun iqrçilik olduğunu bəyan edib.

Bilge.az

Buradan paylaş: