Dünya sərvətinin təqribən yarısı artıq onların əlindədir

22.10.2019

Photo

ABŞ hələ də milyonçuların sayına və artımına görə liderdir

Bilge.az xəbər verir ki, milyonçular artıq dünya sərvətinin demək olar, yarısına sahibdirlər. Bu barədə Beynəlxalq Zənginlik Hesabatında (Global Wealth Report) bildirilib.

Gələcək təhsil və iş sistemləri necə çalışacaq? Hansı sahəni seçməli?

Ticarət müharibələrinə, qlobal artımın yavaşlamasına və qeyi-sabit fond bazarlarına baxmayaraq, 2018-ci ilin ortasından 2019-cu ilin ortasınadək dünyada milyonçuların ümumi sayı 1.1 milyon nəfər artıb. Dünyadakı 46,8 milyon nəfər milyonçunun ümumilikdə indi 158.3 trilyon dollar sərvəti var - bu da dünyanın ümumi sərvətinin 44%-i deməkdir.

ABŞ hələ də milyonçuların sayına və artımına görə liderliyini qoruyur. ABŞ-da keçən il ərzində milyonçuların sayı 675,000 nəfər artıb, beləliklə, milyonçuların sayı 18,6 milyon nəfərə çatıb. Yaponiyada milyonçuların sayı 187 min nəfər artmaqla, 3 milyon nəfərə qalxıb. Çində ticarət müharibələrinə baxmayaraq, milyonçuların sayı 158,000 min nəfər artıb və ümumilikdə bu ölkədə milyonçuların sayı 4.5 milyon nəfərə çatıb.

Bilge.az

Buradan paylaş: