İmtahanda köçürməsinlər deyə tələbələrin başına qutu keçirildi (Foto)

21.10.2019

Photo

"Şparqalka"ya qarşı məktəbin tətbiq etdiyi metod mübahisələrə səbəb olub

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Hindistanda bir litsey rəhbərliyi imtahanda köçürmənin qarşısını almaqçün ("şparqalka") tələbələrin başına karton qutunun keçirilməsi barədə göstəriş verib. Məktəb rəhbərliyi internetdə viral olan və tənqidlərə məruz qalan şəkillərə görə sonradan üzr istəyib.

Təkamül, Təhsil və Müsəlmanlar

Karnataka əyalətindəki Bhaqat Liseyinin menecerlərindən biri olan M.B. Satiş "BBC"yə açıqlamasında imtahanda köçürməyə qarşı özünün yaratdığı qeyri-adi metodla bağlı "başqa yerlərdə istifadə edildiyini eşitdikdən sonra biz də sınamaq qərarına gəldik" deyib.

Satiş tələbələrin bir tərəfi açıq qutuları başlarına öz istəkləri ilə keçirdiklərini deyib: "Heç bir məcburiyyət olmayıb. Bəzi şəkillərdə də özünüz görə bilrərsiniz ki, bəziləri taxmayıb. Taxanların bəziləri də 15-20 dəqiqədən sonra çıxarıb. Bir saatdan sonra biz bütün tələbələrdən başlarındakıları çıxarmalarını istədik".

Hindistan mətbuatının yazdığına görə, əyalət rəsmiləri fotolar sosial mediada partlayandan sonra, imtihan davam edərkən müdaxilə etməkçün litseyə gediblər.

Əyalətin orta təhsil dairəsinin müdür müavini S.C. Peerjade metodu "insanlıqdan kənar" kimi xarakterizə edib.

Peerjade açıqlamasında deyib: "Xəbəri alan kimi dərhal məktəbə getdim. Məktəb rəhbərliyindən bunu dərhal dayandırmağı tələb etdim. Bu göstərişi verən məktəb rəhbərliyi barədə nizam-intizam sorğusu başlatmışıq".

Bilge.az

Buradan paylaş: