Cared Leto Xoakin Feniksli Coker filminə mane olmağa çalışıbmış

21.10.2019

Photo

Coker roluna görə qızğın rəqabət gedib

Bilge.az xəbər verir ki, aktyor Cared Leto "Coker" filmində onun deyil, Xoakin Feniksin seçilməsinə görə meneceri Todd Filipsə şikayət edibmiş. O, Hollivudun nüfuzlu şəxslərindən filmin çəkilişinin dayandırılmasını tələb edibmiş. Bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Son illərin ən mübahisəli filmi - Joker

Aktyor filmin çəkilişlərinə musiqi meneceri İrvinq Azoff vasitəsiylə də əngəl yaratmağa çalışıb. Azoff bu məlumata şərh verməkdən imtina edib. Verilən məlumata görə, Cared Leto artıq musiqi meneceriylə əməkdaşlıq etmir.

Mətbuatın yazdığına görə, "Warner Bros." şirkətinin nümayəndələri "İntiharçılar dəstəsi" filminin çəkilişləri gedərkən, Coker rolunu oynamaq üçün Cared Leto ilə danışıqlar aparıblar, amma aktyorun çəkiş meydançasındakı davranışları prodüsserləri bu qərardan daşındırıb. Belə ki, Leto aktrisa Marqo Robbiyə canlı siçovul, Uill Smitə güllə bağışlayıbmış və hətta repetisiyalara ölü donuz gətiribmiş. Bundan başqa, film yaradıcılarının Letonun "İntiharçılar dəstəsi"ndə oynadığı rolu da bəyənmədikləri deyilir.

Qeyd edək ki, Devid Eyverin "İntiharçılar dəstəsi" filmi 2016-cı ildə ekranlara çıxıb. Tənqidçilər filmi top atəşinə tutmuşdular.

Bilge.az

Buradan paylaş: