Hillari Klinton Tvitterdə Donald Trampı trollayıb

21.10.2019

Photo

Klinton Amerika prezidentinin Ərdoğana yazdığı məktubu parodiya edib

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, ABŞ prezidentliyinə keçmiş namizəd, prezident seçkilərində Donalt Trampa məğlub olmuş Hillari Klinton atdığı tvitlə Trampın bu yaxınlarda Türkiyə prezidentinə göndərdiyi məktubu parodiya edib.

Ədalətdən Demokratiyaya

Bazar günü paylaşdığı tvitində Klinton guya Con Kennedinin SSRİ lideri Nikita Xruşova yazdığı məktubu arxivlərdən tapdığını bildirib və onu izləyiciləriylə paylaşıb.

Donald Trampın Ərdoğana yazdığı məktubu trollandığı məktubda Kennedi 1960-lardakı Kuba böhranı ilə bağlı Xruşova guya belə məktub yazıbmış:

"Əziz, Premyer Xruşov. Gic...laq olma, yaxşımı? Nüvə silahlarını Kubadan çıxar. Onda hər kəs deyəcək ki, Ura! Xruşov ən yaxşısıdır"

Məktub bu üslubda davam edir.

Qeyd edək ki, Suriya böhranı ilə bağlı bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğana həqarətli məktub göndərib. Tramp yazdığı məktubunda Ərdoğana "axmaq olma" deyə xitab edib.

Məktub beynəlxalq müzakirələrə səbəb olub. Rusiyanın hökumət sözcüsü açıqlamasında "Siz ölkə rəhbərləri arasında bu cür məktublaşma dilinə nadir hallarda rast gələ bilərsiniz" deyib.

Türkiyə rəsmiləri isə Donald Trampın Türkiyə prezidentinə yazdığı məktubun tamamilə rədd edildiyini və zibil qutusuna atıldığını bildiriblər.

Bilge.az

Buradan paylaş: