Amerika koronavirusun Vuhan laboratoriyasından çıxma ehtimalını araşdıracaq

16.04.2020

Photo

Amerika prezidenti Donald Tramp koronavirusun Çindəki laboratoriyadan çıxdığını araşdıracaqlarını bildirib. O deyib ki, hökümət məsələni müəyyənləşdirməyə çalışır.

ABŞ Müdafiə Departamentindən Mark Milley deyir ki, virusun necə peydə olması hələ də müəmma olaraq qalır. Amerika Xüsusi Xidmət orqanları virusun təbii yola əmələ gəldiyini ehtimal edirlər, ancaq hələki hər şey dəqiq məlum deyil.

Dünən Fox News kanalı koronavirusun Çində laboratoriyada yaradıldığını bildirən məlumat yayıb. Reportajda bildirilib ki, virus kimyəvi silah kimi yaradılmayıb, sadəcə virus Çinin virusları müəyyən etmək və onlarla mübarizə aparmaq bacarığının Amerikadan daha üstün olduğunu göstərmək istədiyi üçün yaradılıb.

Proqram iddia edib ki, xəstəlik Vuhanda virusologiya eksperimentləri aparılan laboratoriyada bir nəfərin yoluxması və sonradan onu yaxınlıqdakı heyvan bazarında başqasına yoluxdurması nəticəsində yayılıb.

Ağ Evdəki son mətbuat konfransında Tramp Çin prezidenti ilə bu barədə nə danışdıqlarını demək istəməyib, ancaq məsələylə bağlı çalışmalarını davam etdirdiklərini bildirib.

Mətbuat konfransından sonra jurnalistə açıqlamasında dövlət katibi Mark Pompeo deyib ki, xəstəliyin ilk aşkara çıxdığı heyvan bazarı virusologiya laborarotiyasının yaxınlığında yerləşir. "Biz bilirik ki virus Vuhandakı laboratoriyada yaradılıb" deyə o bildirib.

"Çin höküməti məsələni açmalı və virusun necə yayılmasını aydınlaşdırmağa kömək etməlidir" o bildirib.

Çin rəsmiləri isə artıq Amerika tərəfinin iddiaları təkzib edib.

Məsələylə bağlı danışan Çin Xarici İşlər naziri sözcüsü Zhao Lijian bildirib: "Dünya Səhiyyə Təşkilatı dəfələrlə deyib ki, koronavirusun laboratoriyada yaradılması haqqında heç bir sübut yoxdu".

Buradan paylaş: