Dünyanın ən böyük həbsxanası qapadılır

18.10.2019

Photo

Həbsxananın köçürülməsi 8 milyard dollara başa gələcək

Bilge.az "ABC News"a istinadən xəbər verir ki, Amerikanın Nyu York ştatının Raykers adasında yerləşən dünyanın ən böyük islah düşərgəsinin qapadılması barədə qərar çıxarılıb.

Hakimiyyət və azadlıq - Fukonun fəlsəfi baxışı

Şəhər şurası kompleksin əvəzinə Manhetten, Bruklin, Bronks və Kuins rayonlarında 4 kiçik həbsxananın yaradılacağını bildirib. Raykersin qapadılmasının 2026-cı ildə sonlandırılması planlaşdırılır. Şəhər şurasının spikeri demokrat Kori Conson deyib ki, Raykers adası qəddaqlıq və zalımlığın simvoluna çevrilib. O, kütləvi həbsin işəyaramaz olduğunu bildirib və əlavə edib ki, bu simvoldan yaxa qurtarmaq üçün şəhər əlindən gələni edəcək.

Adadakı həbsxananın köçürülməsinin 8 milyard dollara başa gələcəyi bildirilir. Rəsmilər Raykersin qapadılmasını məhkumların sayının kəskin azalması və cinayətkarlıq səviyyəsinin aşağı düşməsi ilə eyni vaxta təsadüf etdiyini bildiriblər. Bundan başqa, prokurorlar da marixuana saxlamağa daha az əhəmiyyət verməyə başlayıblar.

Bilge.az

Buradan paylaş: