Yeni araşdırma: Sosial məsafə 2022-ə qədər davam edə bilər

15.04.2020

Photo

Koronavirus pandemiyasının trayektoriyasını öyrənən Harvard alimləri yeni iddi irəli sürüblər. Alimlər bildirir ki, qısa müddətlik karantin rejimləri virusun yayılmasının qarşısını ala bilməz və sosial məsafə tədbirlərinə 2022-ci ilə qədər ehtiyac ola bilər.

"Science" jurnalında dərc olunan araşdırma qeyd edir ki, koronavirus soyuq aylarda daha böyük miqyasda keçiriciliyi olan başqa qrip növləri kimi mövsumi soyuqdəyməyə çevriləcək.

"Biz müəyyən etmişik ki, bir dəfəlik sosial məsafə tədbirləri virusun dayandırılması üçün yetərli olmayacaq" araşdırmanın aparıcı müəllifi Stephen Kissler bildirir.

Kissler-ə görə hazırki vəziyyətdə effektiv müalicə üsulu olmadığı üçün sosial məsafə tədbirləri ardıcıl olmalıdır. Kütləvi testlər aparılmalıdır ki, virusun yayılması riskinin böyüdüyü müəyyən edəsən və ondan sonra sosial məsafə tədbirlərini yenidən gücləndirəsən.

Araşdırmaçılar həmçinin bildirirlər ki, peyvənd tapılmayana qədər karantin tədbirlərinin tam ləğv edilməsi doğru deyil.

İnsanlarda virusa qarşı immunitet yaranmasının necə olacağı məlum deyil. Araşdırmaçı komanda bildirir ki, immunitetin güclü olacağı və uzun çəkəcəyi ağlabatan görünmür, ona görə virusun Sars və Mers kimi öz özünə yoxa çıxacağını gözləmək boşunadır.

Buradan paylaş: