Avropa ölkələri karantindən tədrici necə çıxırlar?

14.04.2020

Photo

Bir neçə Avropa ölkəsi tədricən karantin rejimini yumşaltmağa başlayırlar.

Avropanın bir sıra ölkələrində sərt karantin tədbirlərinin nəticəsi olaraq artıq virusun yayılmasında nəzərə çarpacaq azalma müşahidə edilməyə başlayıb. Bu da öz növbəsində ölkələrə tədricən sərt karantin tədbirlərini yumşaltmağa imkan verir.

Karantinin yumşaldılması barədə ilk elanı Avstriya verib. Bu gündən ölkədə 400 m2-dən kiçik yerlər fəaliyyətini bərpa edəcək. May ayının 1-dən isə ticarət mərkəzləri, mallar və digər məkanların işə başlamasına icazə veriləcək. Otel və restoranlar isə hələ bir müddət də bağlı qalacaq.

Avstriya karantini yumşaltsa da insanlara üz maskası geyinmək hələ də məcburi olaraq qalır.

Xatırladaq ki, ölkədə virusun pik vaxtı gün ərzində 1300-dən çox yoluxma qeydə alınmışdı, aprelin 13-ə isə 96 yoluxma faktı qeydə alınıb.

Qitədə pandemiyanın ən sərt vurduğu ölkə İtaliya da nəhayət ki karantin rejimini tədricən açmaqdadır. Ölkə kitab mağazaları, uşaq paltarları dükanı daxil olmaqla müəyyən biznes fəaliyyətinin yenidən başlamasına icazə verib. Həmçinin meşə təərrüfatı və taxta sənayesi fəaliyyətinə başlayacaq.

İtaliyada gündəlik virusa yoluxma statistikası yarıya qədər azalaraq 6000-dən 3000-ə düşüb.

Avropada İtaliyadan sonra ikinci ən çox ölümün qeydə alındığı İspaniya da tədricən iş yerlərini açmağa başlayır.

İspaniyada da sənayə və tikintidə işlərin başlamasına razılıq verilib. Hökümət əhaliyə paylanılması üçün 10 milyon maska ayırıb. Səhiyyə Nazirliyi işə başlayanlara iş yerinə velosiped və ya piyada getməyi tövsiyyə edib.

İspaniyada da virusa yoluxma statistikası əhəmiyyətli eniş edib. Beləki gündəlik yoluxma ən pik olduğu 8000-dən 3000-ə düşüb.

Karantin rejimini yumşaldan digər qitə ölkəsi isə Çexiyadır. Ölkədə aprelin 13-də cəmi 68 yeni yoluxma qeydə alınıb.

Buradan paylaş: