Yeni hesabat: Kovid 19 ölümlərinin yarısı qocalar evində baş verir

14.04.2020

Photo

Koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verir. Bu barədə İngiltərədə bir araşdırma komandasının yeni hesabatı bildirir.

London School of Economics (LSE) araşdırmaçıları müəyyən ediblər ki, İtaliya, İspaniya, Belçika, İrlandiya və Fransada koronavirusdan ölənlərin 42-57% qocalar evinin sakinləridi.

Yaşlılıq nədir və o necə başlayır?

Sadalanan ölkələrdə qayğıya ehtiyacı olanların yaşadıqları evlərdə koronavirusdan ölüm hallarının sayının artdığı bildirilir.

Bu ölkələrdə aparılan müxtəlif araşdırmalar qayğı evlərində baş verən ölümlərin statistikasına işıq tutur.

İtaliyanın qayğı evlərinin 10%-də aparılan araşdırmalar göstərib ki, koronavirus ölümlərinin 45 %-i bu evlərdə baş verib. Eyni rəqəm Fransada da qeydə alınıb. Araşdırmalar İrlandiyada 54, İspaniyada 57, Belçika da isə koronavirusdan ölüm hallarının 42 %-nin bu evlərdə baş verdiyini göstərib.

Araşdırmalar göstərir ki, hazırda qayğı evlərinə diqqət yetəri qədər göstərilə bilmir. Bu evlərdə sıxlıqdı. Digər tərəfdən bu evlərdəki insanlar çox vaxt yaşlı, həssas və özlərini qoruya bilməyən insanlar olduğu üçün xəstəlik orda qarşısı alınmaz olur.

Buradan paylaş: