İndoneziyada bayıra çıxanları dəlicəsinə qorxudan kabuslar

13.04.2020

Photo

İndoneziyanın Kepuh kəndində insanları evdə saxlamaq üçün onları dəlicəsinə qorxudan kabuslar dolaşır.

Java adasındakı kənddə insanları koronavirusdan qorunması üçün evdə saxlamaq məqsədilə küçələri gəzən kabuslar dəstəsi formalaşdırılıb.

İnsanların sosial məsafəyə riayət etməsinə göz qoyan və yerli polislə əməkdaşlıq edən gənclər qrupunun rəhbəri Anjar Pancaningtyas deyir ki, onlar fərqli olmaq istəyiblər.

Pocong adlanan kabuslar İndoneziya folklorunda tələyə salınmış ölmüş insan ürəklərini təmsil edir.

Ancaq maraqlısı odur ki, planlaşdırılanın əksinə olaraq əvvəldə kabuslar insanları evdə tutmaq əvəzinə bayıra çıxıb onlara tamaşa etməyə təhrik edib. Bundan sonra pocong patrul dəstəsi formalaşdırılıb.

İndoneziya prezidenti Joko Widodo ölkə üzrə fövqəladə vəziyyət elan etmək istəmir, əvəzində o insanlara sadəcə sosial məsafə saxlamağı və gigiyeniyaya diqqət etməyi tövsiyyə edib.

İndoneziya Asiyada Çindən sonra koronavirus səbəbilə ikinci ən çox ölüm faizi olan ölkədir.

Buradan paylaş: