Saturn planeti Yupiteri ötüb keçdi

09.10.2019

Photo

Saturn planetinin ətrafında dövr edən yeni cismlər aşkarlanıb

Bilge.az xarici mediaya istinadən xəbər verir ki, Karnegi Universitetinin bir qrup amerikalı astronomu Saturn planetində 20 ədəd yeni peyk aşkar edib. Beləliklə, qaz planeti Yupiteri ötüb keçməklə, Günəş sistemində ən çox peyki olan planet olub.

Elmlə maraqlananlar üçün 10 serial

Kəşfdən sonra məlum olub ki, Saturnun ətrafında 82 peyk fırlanır, halbuki Yupiterin ətrafında 79 peyk fırlanır, buna görə də əvvəllər o, rekordçu hesab olunurdu.

Saturnun aşkar edilən bütün peyklərinin diametri təxminən 5 kilometri təşkil edir. Onlardan 17-si retroqrad orbitində dövr edir, yəni planetin öz oxu ətrafında fırlanmasının əks istiqamətində fırlanır. Onların fırlanmaq müddəti də təqribən 2 ildən 3 ilə qədər çəkir.

Hazırda elm adamlar aşkar olunmuş göy cisimlərinə adlar axtarır və bunun üçün universitetin saytında müsabiqə elan edilib. Qaydalara görə, adlar inuit, skandinav və qall mifologiyasına uyğun gəlməlidir. Müsabiqə 2019-cu ilin 6 dekabrınadək davam edəcək.

Bilge.az

Buradan paylaş: