Elm adamları: İtə sahib olma erkən ölüm riskini azaldır

09.10.2019

Photo

İt sahiblərinin erkən ölüm riskinin 24% aşağı olduğu bildirilir

Bilge.az "CNN"ə istinadən xəbər verir ki, Amerikan Ürək Assosiasiyasının "Circulation" jurnalında dərc olunan və təxminən 70 illik araşdırmaları əhatə edən yeni tədqiqat materialında itə sahib olmanın erkən ölüm riskini 24% aşağı saldığı bildirilib.

Toronto Universitetinin professor endokrinoloqu və tədqiqatın aparıcı müəllifi Dr. Karolin Kramer açıqlamasında bildirib: "Bizim analizimiz zamanı aşkar edilib ki, itə sahib olma əslində, istənilən xəstəlikdən erkən ölüm riskini azaldır".

İnsanın ən yaxın dostu ilə bağlı tədqiqatlarda ABŞ, Kanada, Skandinaviya, Yeni Zelandiya, Avstraliya və Birləşmiş Krallıq kimi ölkələrdən 4 milyona yaxın insan iştirak edib.

Meta-analiz göstərib ki, itlərlə dostuqdan ən böyük faydanı artıq infarkt və yaxud insult keçirmiş insanlar götürürlər. Karolin Kreamerin açıqlamasına görə, "həmin insanlar üçün itə sahib olmaq hətta daha çox faydalıdır. Onların ürək-damar xəstəliklərindən ölmək riski 31% aşağı düşür".

Amerikan Ürək Assosiasiyası qeyd edir ki, itə sahib olan insanlar gəzintiyə çıxmayanlardan fərqli olaraq gündə 30 dəqiqə artıq gəzirlər. "Tədqiqatlar göstərir ki, itə sahib olan fərdlərin daha yaxşı xolestorol profili və aşağı qan təzyiqi var", - deyə Kramer bildirib.

İtlərlə bağlı aparılmış digər tədqiqatlar da itlərin yaratdığı kampaniya və mehribanlıq duyğularının təşviş və depressiya kimi mənfi halları məhdudlaşdırdığını göstərib. Xüsusilə infarkt və insult kimi xəstəliklərdən sonra itə sahib olma insanın sağlamlığına çox yaxşı təsir göstərir.

Bilge.az

Buradan paylaş: