Alimlər 5 min il yaşı olan itmiş əfsanəvi şəhəri tapıblar

09.10.2019

Photo

İsrail alimləri qədim meqapolisin izlərini aşkar ediblər

Bilge.az "Phys.org"a istinadən xəbər verir ki, İsrail dövlətinin qədimliklər qurumu arxeoloqların yaşı 5 min ilə gedib çıxan qədim böyük şəhərin qalıqlarını aşkar etdiyini bəyan edib.

Qədim şəhər Xariş yaşayış məskəninin yaxınlığında inşa ediləcək avtomagistrala hazırlıqlar zamanı tapılıb, bu ərazi Tel-Əvivin şimalından 50 kilometr məsafədə yerləşir. Bölgə 65 hektarlıq ərazini əhatə edir və burada 6 min insan yaşayır. Qazıntılar zamanı ərazidə küçələr şəbəkəsi, döngələr və meydançalar, həmçinin drenaj və anbarlar tapılıb.

Qədim qəbiləçiliyin izlərini indi özümüzdə necə yaşadırıq?

Tədqiqatçılar həmçinin məbəd və yandırılmış heyvan sümükləri də aşkar ediblər, belə görünür, bura qurbangah olub. Tapılan artefaktların içində heykəlcik başı, keramika qalıqları, laklanmış alətlər və sümükdən qab-qacaq var. Arxeoloqların sözlərinə görə, tapıntılar burada unikal şəkildə yaxşı təşkil olunmuş cəmiyyətdən və ictimai iyerarxiyadan xəbər verir. Əvvəllər həmin dövrdə aqrar təsərrüfatla məşğul olan insanların təzəlikcə şəhər rayonları saldıqları hesab edilirdi.

Həmçinin qeyd olunub ki, tikililərin dağıntıları arasında yaşı 7 min il əvvələ gedib çıxan daha qədim yaşayış yerinin əlamətləri də aşkar olunub.

Bilge.az

Buradan paylaş: