Fizika üzrə Nobel mükafatı Kainatın sirrlərinin açılmasına getdi

09.10.2019

Photo

Amerikalı və isveçrəli alimləri İsveç kralı təltif edəcək

Bilge.az xəbər verir ki, 2019-cu il fizika üzrə Nobel mükafatı Kainatın təkamülü və Yerin kainatdakı yeri anlayışlarına verdikləri töhvələrə görə, Ceyms Piblsa, Mişel Mayora və Didye Keloya təqdim edilib. Bu barədə Nobel mükafatının rəsmi saytında yazılıb.

Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

Amerikalı fizik Pibls fiziki kosmologiya sahəsindəki nəzəri araşdırmalarına görə mükafata layiq görülüb, isveçrəli astronomlar Mayor və Keloya isə mükafat Günəşə bənzər ulduz ətrafında fırlanan eksoplaneti kəşf etdiklərinə görə verilib. Pibls qara materiyadan və qara enerjidən ibarət ilkin nuklesintez və həmçinin Kainatın genişmiqyaslı strukturlarının formalaşması ilə bağlı işləriylə tanınır.

Nobel mükafatının rəsmi təqdimetmə mərasimi 10 dekabrda (Alfred Nobelin ölüm günü) Stokholmda keçiriləcək. Laureatlara mükafatları İsveç Kralı XVI Qustav təqdim edəcək. 2019-cu ildə laureatlara təqdim ediləcək pul mükafatı ümumilikdə bir milyon dolları təşkil edəcək.

Bilge.az

Buradan paylaş: