İranda tanınmış kürd müğənni homoseksuallıq ittihamıyla həbs olunub

09.10.2019

Photo

Mohsen Lorestani edam oluna bilər

Bilge.az "Yeruselim Post"a istinadən xəbər verir ki, İranda tanınmış kürd əsilli müğənni Mohsen Lorestani sosial şəbəkəyə "əxlaqsız məzmun" yerləşdirdiyinə görə, Tehran məhkəməsi tərəfindən "dünyəvi pozğunluq etmək" ittihamıyla həbs olunub. Xəbəri "Iran News Wire" xəbər şəbəkəsi təsdiq edib.

Mənə ümid verən əfsanəvi iranlı şair

Məhkəmə məşhur müğənnini gey olmaqda təqsirli bilib və İran İslam Respublikasının anti-homoseksual qanunları geyliyi edamla cəzalandırır.

Kürdüstan İnsan Hüquqları Şəbəkəsi Tvitter-də bu barədə şərh yazıb: "Kirmanşahdan olan tanınmış kürd müğənni Mohsen Lorestani ictimai şikayət əsasında "dünyəvi pozğunluq" maddəsiylə həbs olunub.

Bir çox avropalı liberal siyasətçilər və kürd fəallar müğənninin həbs olunması qərarını pisləyiblər və beynəlxalq təşkilatları səfərbər etmək üçün hərəkətə keçiblər.

Qeyd edək ki, "WikiLeaks" məlumatlarında İranda molla rejimi 1979-cu ildə ildəki İslam İnqilabından spnra ölkədə "4000 və 6000 gey və lezbiyanı" edam etdiyi qeyd olunurdu.

Bilge.az

Buradan paylaş: