Misirin İtaliyaya yardım göstərməsi etirazlara səbəb olub

13.04.2020

Photo

Misirin koronavirusla mübarizə üçün İtaliyaya göndərdiyi yardım ölkədə etirazlara səbəb olub.

Ölkənin Səhiyyə Naziri Hala Zayed-in yardım aparmaq məqsədilə İtaliyaya səfəri Misirdə siyasətçilər, ekspertlər və sosial media istifadəçiləri arasında etirazlar doğurub.

Zayed ölkə prezidenti Abdel Fattah al-Sisi-nin tapşırığı ilə İtaliyaya həmrəylik və kömək göstərmək məqsədilə səfər edib, onları yardımla yüklü iki hərbi təyyarə müşahidə edib.

Ancaq səfərdə Misir Səhiyyə Nazirinin İtaliya Xarici İşlər Nazirindən fərqli olaraq üz maskası geyinməməsi tənqid və lağ hədəfinə tuş gəlib.

Tənqidçiləri qəzəbləndirən həm də Misirin özündə qıtlığı yaşanan və apteklərdə baha satılan tibbi ləvazimatların belə bir vaxtda başqa ölkəyə göndərilməsi olub.

Ancaq bir çoxları yardımın mahiyyətini anlamağa çalışıb və hadisəni müsbət qiymətləndirib. Beləki Misirin İtaliyaya jesti bir neçə ildi hər iki ölkənin münasibətlərinin korlanması fonunda qiymətləndirilib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2016-cı ildə İtaliyalı araşdırmaçı Giulio Regeni-nin Misirdə vəhşicəsinə qətlə yetirilməsindən sonra korlanıb.

Buradan paylaş: