Google və apple virus izləmə proqramı yaradacaq

11.04.2020

Photo

“Apple” və “Google” şirkətləri koronavirusa yoluxmuş insanların əlaqələrini izləməyə kömək edəcək texnologiyanın yaradılması üçün səyləri birləşdirir.

Yeni texnologiya hakimiyyətə və həkimlərə koronavirusa yoluxmuş insanların əlaqələrinin izlənilməsi nəticəsində infeksiyanın yayılmasını azaltmağa kömək edəcək. Bu ideyanı iki mərhələdə reallaşdırmaq planlaşdırılır.

Yeni yaradılacaq texnologiya virusa yoluxmuş adamla kontaktı olanlara xəbərdarlıq göndərəcək.

Əlaqələrin izlənməsi proqramı blutuz siqanlı vasitəsilə telefon sahibinin hər hansı virusa yoluxmuş adamla xəstəliyə yoluxa biləcək yaxınlıqda olmasını xəbər verəcək.

Bildirilir ki, insanların ərazi və şəxsi infromasiyaları götürülməyəcək.

"Bu işdə şəxsilik, şəffaflıq və razılıq son dərəcə vacibdir və biz bu funksiyanı maraqlı tərəflərin razılığı əsasında yaratmaq niyyətindəyik" deyə Google və Apple şirkətləri bildirir.

Həmçinin bildirilib ki, işlər barədə məlumatlar başqalarının yoxlaması üçün aşıq şəkildə dərc ediləcək.

Xatırladaq ki, İsrail, Cənubi Koreya, Polşa və Sinqapur kimi ölkələr artıq telelfonlar vasitəsilə xəbərdarlıq sistemindən istifadə edirlər. Almaniya, İngiltərə və Fransa isə oxşar proqramlar üzərində çalışır.

Google və Apple yeni yaradılacaq proqramda istifadə edəcəkləri kriptoqrafiyanın xüsusiyyətlərini və blutuzun oynayacağı rol haqqında məlumatı dərc ediblər. Şirkətlər ümid edir ki, bu məlumatlar istifadəçiləri şəxsi məlumatları ilə bağlı əmin edəcək.

Buradan paylaş: