Amazon qəbiləsində koronavirus aşkarlandı

10.04.2020

Photo

Braziliyada Amazon meşəsində yaşayan qəbilənin nümayəndəsində koronavirus aşkarlanıb.

Xəbər verilir ki, Yanomami qəbiləsinin nümayəndəsi 15 yaşlı oğlan xəstəxanaya yerləşdirilib.

Səhiyyə Naziri Luiz Henrique Mandetta Yanomami nümayəndəsində koronavirus aşkarlanmasının çox narahatedici olduğunu bildirib.

"Biz yerli icmalarla bağlı son dərəcə ehtiyatlı olmalıyıq, xüsusilə dünya ilə demək olar təması olmayanlarla" deyə nazir bildirib.

Ölkədə hazırda yerli sakinlər arasında 7 koronavirusa yoluxma halı qeydə alınıb. İlk yoluxma halı bir həftə əvvəl Kokama etnik qrupundan 20 yaşlı qadın olub .

Yanomami qəbiləsi üzlərini rəngləmə və əcaib pirsing ənənələrinə görə məşhurdur. Ətraf aləmdən təcrid olunmuş qəbilədə 1970-ci illərdə qızılca və malyariyadan çox sayda ölüm olub.

Bu qəbilələr uzun müddət xarici aləmdən təcrid olunduqları üçün ətrafdan gələn xəstəliklərə qarşı xüsusilə həssasdılar, çünki onlarda viruslara qarşı immunitet yoxdu.

Buradan paylaş: